Azərbaycan və Ukrayna arasında iki hökümətlərarası sənəd imzalanıb
Bu gün Davosda Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Viktor Yanukoviçin iştirakı ilə iki hökümətlərarası sənəd imzalanıb. SİA-nın "interfax.com.ua" saytına istinadən məlumatına görə, ilk sənəd sıxlaşdırılmış maye qazın Ukrayna ərazisinə çatdırılması ilə bağlı memorandumdur.
İki ölkənin hökumətləri arasında imzalanan ikinci sənəd isə Ukrayna ərazisindən neft nəqli sahəsində əməkdaşlığın inkişafına dair olan sazişdir.
İmzalanan sazişlərlə bağlı jurnalistlərə açıqlama verən Ukrayna Prezident Administrasiyasının rəhbəri Sergey Levoçkin bildirib ki, sazişdə "Odessa-Brodı" neft kəməri ilə ildə 4 milyon Azərbaycan neftinin nəqli nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB