NATO-Azərbaycan Beynəlxalq Məktəbinin növbəti qış sessiyası başlayır
2011-ci il 30 yanvar - 6 fevral tarixlərində Bakı şəhərində NATO-Azərbaycan Beynəlxalq Məktəbinin (NISA) növbəti Qış sessiyası keçiriləcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Qış sessiyası NATO-nun yeni strateji konsepsiyasına həsr olunacaq.
Sessiya ərzində NATO-nun strateji konsepsiyalarına tarixi yanaşma və onların qiymətləndirilməsi, cari təhlükəsizlik təhdidləri, NATO-nun yeni strateji konsepsiyası, NATO və tərəfdaşlıq münasibətləri və yeni strateji konsepsiyanın praktiki olaraq həyata keçirilmə imkanları müzakirə ediləcək.
Yanvarın 31-də Qış sessiyasının açılış mərasimi keçiriləcək. Açılış mərasimində xarici işlər nazirinin müavini, Araz Əzimov, NATO-nun Azərbaycan üzrə təmas nöqtəsi Səfirliyi kimi fəaliyyət göstərən Rumıniyanın Bakıdakı səfiri Nikolae Ureki və NATO-nun Beynəlxalq Hərbi Qərargahının Əməkdaşlıq və Regional Təhlükəsizlik idarəsinin rəhbəri general-mayor Branko Karlosun çıxışları nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB