AŞPA-dakı Ermənistan nümayəndə heyəti Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin bərpa olunmasına qarşı çıxır

AŞPA-dakı Ermənistan nümayəndə heyəti Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin bərpa olunmasına qarşı çıxır

Avropa Şurası Parlament Assambleyasındakı erməni nümayəndə heyəti AŞPA-nın qış sessiyası çərçivəsində qurumun bürosunun bu gün keçirilən iclasında Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin yenidən bərpa edilməsinə qarşıdır. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu sözləri AŞPA-dakı Ermənistan nümayəndə heyətinin üzvü Zrui Postandjyan deyib. Onun sözlərinə görə, erməni tərəfi bu qərara qarşı etiraz edəcək.

 

Qeyd edək ki, bu gün AŞPA-nın qış sessiyası çərçivəsində qurumun bürosunun bu gün keçirilən iclasında Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin yenidən bərpa edib və İspaniyadan olan deputat, Liberallar Partiyasının üzvü Jordi Xucla i Costa komitənin yeni sədri seçilib.

 

Alt Komitənin tərkibində AŞPA Monitorinq Komitəsinin Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri, iki ölkənin AŞPA-dakı nümayəndə heyətlərinin həm iqtidar, həm də müxalifətdən olan millət vəkilləri təmsil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə