Bahar Muradova: “Əgər İran mövcud problemlərə münasibət bildirmək istəyirsə, ilk növbədə Azərbaycan torpaqlarını işğal edən ölkə ilə əməkdaşlığa son verməlidir”

Bahar Muradova: “Əgər İran mövcud problemlərə münasibət bildirmək istəyirsə, ilk növbədə Azərbaycan torpaqlarını işğal edən ölkə ilə əməkdaşlığa son verməlidir”

Bir ölkə olaraq biz heç kimin daxili işlərinə qarışmırıq. O cümlədən də İranın. Eləcə də heç kimin, həmçinin İranın bizim daxili işimizə qarışmasına icazə verə bilmərik. Bu fikirləri Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova SİA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, əgər rəsmi Tehran düzgünlük axtarışındadırsa, onda ilk növbədə Azərbaycan torpaqlarının işğal altında olması ilə bağlı mövqeyni ortaya qoymalı və Ermənistanla münasibətlərinə son qoymalıdır: "Əgər İran insan haqları, təhlükəsizlik, əməkdaşlıq sahəsində, beynəlxalq aləmdə mövcud problemlərə münasibət bildirmək istəyirsə, mən düşünürəm ki, ilk növbədə Azərbaycan torpaqlarının işğal altında olması ilə bağlı mövqeyini ortaya qoymalı və işğalı faktiki həyata keçirən ölkə ilə əməkdaşlığa son verməlidir".

 

Qeyd edək ki, İranın "Səhər" telekanalı Azərbaycanla bağlı təxribat xarakterli məlumatlar yaymaqda davam edir. Kanal ölkədə baş vermiş kiçik narazılığı və problemi şişirdir, milli azlıqların məskunlaşdıqları ərazilərdəki kiçik kriminal hadisələri az qala etnik qarşıdurma kimi qələmə verir.

Bütün xəbərlər Facebook səhifəmizdə