2010-cu il ərzində Lənkəran elektrik şəbəkəsi enerji verilişinin fasiləsiz və etibarlı təminatından ötrü bir sıra vacib işlər görüb. Bu barədə SİA-nın cənub bürosuna məlumat verən Lənkəran elektrik şəbəkəsinin rəisi Məqatil Yunusov ötən il elektrik enerjisinin verilişində qarşıya çıxan problemlərin həll olundugunu deyib.
Onun sözlərinə görə, 2010-cu ildə Lənkəranda sayğacların yeniləri ilə əvəz olunması prosesi də davam etdirilib. Yeni smart-kart tipli sayğacların quraşdırılması məsələsinə gəlincə, musahibimiz bildirib ki, şəhər ərazisində 13567 abonentdən hazırda 10155-i smart-kart tipli sayğacla təmin olunub.
Enerji haqqının yıgımında da istər əhali qrupu ,istərsə də qeyri-əhali qrupu üzrə yığım ötən illərə nisbətən kifayət qədər yüksəkdir. Belə ki, əhali qrupu uzrə yığım 83.1 faiz, qeyri- əhali qrupu uzrə 104 faiz təşkil edib. Ümumilikdə isə, yığım 2010-cu il uzrə 88.8 faiz təşkil edib ki, bu da 2009-cu illə müqayisədə coxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB