Xarici işlər nazirlərinin Moskvada keçirilən üçtərəfli görüşünün müzakirə mövzusu bəlli olub
Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyanın Moskvadakı üçtərəfli görüşünün müzakirə mövzusu bəlli olub. SİA-nın Rusiya XİN-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Rusiya xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç üçtərəfli görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində prezidentlərin Həştərxan görüşü zamanı əldə olunan razılaşmanın yerinə yetirilməsi məsələsinin müzakirə olunduğunu deyib: "Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində prezidentlərin imzaladıqları Həştərxan bəyannaməsinə əməl olunması məsələsi müzakirə olunub. Eyni zamanda keçən üç ay ərzində dördüncü dəfə keçirilən bu görüş məhz münaqişənin həlli istiqamətində atılan addımların intensivliyinə dəlalət edir".
O, qeyd edib ki, görüşdə həmçinin yaxın müddət ərzində ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfər etməsi də müzakirə mövzusu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB