Azərbaycanın xarici işlər naziri Avstriya Sənaye İttifaqının prezidentini qəbul edib

Azərbaycanın xarici işlər naziri Avstriya Sənaye İttifaqının prezidentini qəbul edib

Yanvarın 27-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriya Sənaye İttifaqının prezidenti Fayt Zorgeri qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycanda olmasından məmnunluq duyduğunu söyləyən qonaq ölkədə dinamik inkişafın şahidi olduğunu deyib. O bildirib ki, Azərbaycanın böyük iqtisadi potensialı var və qarşılıqlı sərmayə qoyuluşları həyata keçirmək vacibdir.

 

E. Məmmədyarov isə ölkədə həyata keçirilən bütün irimiqyaslı layihələrin dövlət tərəfindən dəstəkləndiyini bəyan edib. O, iki ölkənin Aİ və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etməsinin vacibliyini avstriyalı qonağın diqqətinə çatdırıb. Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə