Metyu Brayzanın namizədliyi yenidən Senatda səsverməyə çıxarılacaq

Metyu Brayzanın namizədliyi yenidən Senatda səsverməyə çıxarılacaq

Ağ ev Metyu Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini təsdiqlənməsi üçün yenidən Senata göndərib. SİA-nın xəbərinə görə, bu barədə məlumatı Ağ Evin rəsmi saytında yerləşdirilib. Xəbərə görə, Ağ ev 26 yanvar 2010-cu il tarixində Metyu Brayzanın ABŞ-ın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfir vəzifəsinə namizədliyini yenidən ABŞ-ın qanunverici orqanının səsverməsinə təqdim edib.

 

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama 2010-cu il 30 dekabr tarixində xüsusi səlahiyyətindən istifadə edərək Konqresin tətildə olduğu bir vaxtda, Metyu Brayza da daxil olmaqla, müxtəlif vəzifələrə namizəd olan 6 nəfəri Senatın təsdiqi olmadan səfir təyin edib. Belə ki, ölkə konstitusiyasına görə, ABŞ prezidentinə Senat tətildə olarkən ölkədəki əsas vəzifələrə təyinat etmək hüququ verilir.

 

ABŞ-ın qanunvericiliyinə əsasən, belə təyin olunan şəxs öz vəzifəsində Senatın növbəti sessiyasının bitməsinə qədər işləyə bilər. Bu halda isə M. Brayza Azərbaycandakı səfir vəzifəsində Senatın əlavə təsdiqi olmadan yalnız 1 il ərzində işləyə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə