Kaliforniya ştatının parlamentinə “Soyqırımı anma günü” qanun layihəsi təqdim edilib

Kaliforniya ştatının parlamentinə “Soyqırımı anma günü” qanun layihəsi təqdim edilib

ABŞ-da erməni əhalininin ən sıx yaşadığı ştat olan Kaliforniyanın qanunvericilik orqanına 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını özündə əks etdirən qanun layihəsi təqdim edilib. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Kaliforniya Qanunvericiləri Assambleyasının (ştat parlamenti) üzvü Mike Gatto və digərləri tərəfindən təqdim edilən qanun layihəsində 24 aprel 2011-ci il tarixinin "Kaliforniya 1915-1923 erməni soyqırımını anma günü" olaraq elan edilməsi istənilir.

 

Qanunda həmçinin, ABŞ prezidenti Barak Obama və ABŞ Konqresinə 1915-ci il hadisələrini "soyqırım" olaraq tanınması çağırışı yer alıb. Təxminən 700 min erməninin yaşadığı Kaliforniya parlamentinə hər il 24 aprelin "soyqırımı anma günü" elan edilməsi məqsədi ilə bu cür qanun layihələri təqdim edilir və parlamentin hər iki qanadında səs çoxluğu ilə qəbul olunur. Qanun layihəsini təqdim edənlərdən olan Mike Gattonun seçki ərazisi Kaliforniyada ən çox erməni mənşəli seçicinin olduğu ərazidir.

 

Ermənilərin eyni qanunu ABŞ Konqresində də qəbul edilməsi məqsədi ilə hər il etdikləri cəhdlər isə bu günə qədər nəticə verməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə