Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
- Görkəmli Azərbaycan maarifçisi Həsənəli xan Qaradaği anadan olub (1848)
- Eyfel qülləsinin tikintisinə başlanıb (1887)
- Türk kommunist Mustafa Sübhi qətlə yetirilib (1921)
- Ümumittifaq Kommunist Partiyası və SSRİ XKS "Azərbaycan SSR-də neftin çıxarılması və emalının artırılması üçün əsaslı tədbirlər haqqında" qərar qəbul edib (1940)
- Fransa prezidenti Nikolya Sarkozi anadan olub (1955)
- Kiprdə ingilislərin türk nümayişçilərə atəş açması və əsgərin yük avtomobilini insanların üstünə sürməsi nəticəsində 8 nəfər həlak olub (1958)
- Diktor Aydın Qaradağlının xatirə günü (1980)
- Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkan "ASALA" erməni terror təşkilatı tərəfindən qətlə yetirilib (1982)
- Amerikanın "Challenger" kosmik gəmisi startdan 73 saniyə sonra 14 km yüksəklikdə qəzaya uğrayıb. Bütün heyət həlak olub (1986)
- "Ağdam-Şuşa" marşrutu ilə uçan "Mİ-8" mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulub. Çoxu qadın və uşaq olan 44 sərnişin və ekipaj həlak olub (1992)
- Qazaxıstanda yeni Konstitusiya qəbul edilib (1993)
- Prezident Heydər Əliyev Davos sammitində iştirak edib (1998)
- Ukrayna prezidenti Kuçma və Rusiya prezidenti Putinin görüşü zamanı Ukrayna-RF sərhədləri dəqiq müəyyən edilib (2003)

Bütün xəbərlər Facebook səhifəmizdə