Yuliya Timoşenkoya qarşı cinayət ittihamları irəli sürülə bilər
Ukraynada təhqiqatçılar korrupsiya və səlahiyyətlərindən sui-istifadə etmək ittihamları ilə istintaq altında olan keçmiş baş nazir Yuliya Timoşenkonun yeni cinayət ittihamları ilə qarşılaşa biləcəyini bildirirlər. SİA-nın voanews.com-a istinadən verdiyi xəbərə görə, xanım Timoşenko 2010-cu ildə məğlub olduğu seçkilərə qədər qeyri-qanuni olaraq 1000-dən artıq avtomobil almaqda ittiham edilir. Baş prokurorluq idarəsinin bildirdiyinə görə, Opel tipli avtomobillərin tibbi yardım məqsədilə istifadəsi nəzərdə tutulduğu halda, onlar avadanlıqla təchiz edilməmişlər. Avtomobillərin həmçinin bazar qiymətlərindən yuxarı qiymətə alındığı bildirilir. Xanım Timoşenko öz veb səhifəsində bunların saxta ittihamlar olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB