Misirdə üsyan böyüyür. Qahirə və Süveyşdən sonra İsmailiyyə şəhərində də yüzlərlə insan polislə atışıb.
SİA-nın xəbərinə görə, ölkədə polis nümayişlərin qarşısını almaq üçün ən sərt tədbirlərə əl atır. Prezidenti Hüsnü Mübarəkin istefası tələbilə Qahirədə nümayiş keçirən yüzlərlə insan polis tərəfindən mühasirəyə alınıb. İnternetdə dolaşan mesajlarda isə xalqa Qahirənin Qizə səmtində toplaşma çağırışı edilib.
Süveyşdə daha öncə həbs edilən yaxınlarının azadlığa buraxılmasını tələb edən nümayişçilər bir polis məntəqəsi ilə hökumət binasını yandırıb, iş yerlərinin şüşələrini qırıb, Mübarəkin şəkillərini yandırıblar.
İsmailiyyə şəhərində isə 600 nümayişçi polisli atışıb.
Misir Baş Prokurorluğu həbs edilən müxalifətçilərdən 40 nəfərinin rejimi devirməyə çalışma ittihamı ilə məhkəmə qarşısına çıxarılacağını açıqlayıb.
Nümayişçilərə dəstək vermək məqsədilə axşam saatlarında Qahirəyə gəlməsi gözlənilən Beynəlxalq Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Əl Baradey "xalq istərsə iqtidara gəlməyə hazıram" deyib. Baradey 30 ildir iqtidarda olan Hüsnü Mübarəkin getmə zamanının gəldiyini söyləyib. "Əl Cəzirə" televiziyasına verdiyi açıqlamada Baradey Misir xalqını dinc məqsədli nümayişlər üçün küçələrə çıxmağa çağırıb: "Xalq xofu sındırdı, qorxu bir dəfə qırılınca bunun geri dönüşü yoxdur".
Müsəlman Qardaşlar Hərəkatı da iqtidarın xalqın istəklərinə qulaq tıxamağa davam edəcəyi təqdirdə təzyiqlərin Misirdə partlayışa səbəb olacağını bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB