Livanda "Hizbullah" namizədinin baş nazir olmasından sonra gərilən atmosfer birlik mesajlarının verilməsi ilə bir qədər yumşalıb. SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, "Hizbullah" lideri Həsən Nəsrullah Livan xalqının və Qərbin narahatlıqlarını azaldacaq mesajlar verib. Suriya da Livanda bütün tərəflərin daxil olacağı bir hökumətin qurulması istəyini dilə gətirib.
Hökumətin formalaşması ilə bağlı müzakirələrinə keçmiş baş nazirlərlə görüşlə başlayan Nəcib Mikati isə Saad Həriri ilə bir araya gəlib.
Həriri və keçmiş baş nazirlərdən olan Fuad Sinyora Rəfiq Həriri sui-qəsdinin istintaqını aparan komissiya ilə əməkdaşlığın kəsilməyəcəyinə dair yazılı təminat istəyib. Mikati isə bütün tərəflərlə dialoq qurmadan heç bir qərar verməyəcəyini vəd edib.
Nəcib Mikati birlik hökuməti qurmayacağı təqdirdə elm adamlarından ibarət hökumət formalaşdırma imkanından istifadə edə biləcəyini deyib. Livanın yeni baş naziri dəstək axtarışlarına davam edərkən Qərbə də isti mesajlar göndərib. Mikati bütün qrupların daxil olacağı bir hökumət qurmaq istədiyini və Qərb ilə hər hansı bir gərginlik yaşamaq istəmədiyini söyləyib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB