BMT-nin Baş Katibi Pan Gi Mun Holokost Qurbanlarının Xatirəsinə Həsr Edilmiş Beynəlxalq Anma Günü münasibəti ilə dünya ictimaiyyətinə müraciət edib.
BMT-nin Bakıdakı ofisindən SİA-ya verilən xəbərə görə, müraciətdə bu günün hər il qeyd edilməsi vacib olduğu qeyd olunub.
Bildirilib ki, nasist ölüm düşərgələri arasında ən böyüyü və ən bədnamı olan Auşvits-Birkenaunun (Osventsimin) azad edilməsinin ildönümündə biz nasistlər və onların havadarları tərəfindən sistemli şəkildə qətlə yetirilmiş milyonlarla yəhudini, həmçinin müharibə əsirləri, siyasi dissidentləri və digər azlıq təşkil edən qrupların üzvlərini yad edirik.
Müraciətdə Holokostun acısını çəkmiş qadınların xatirəsinin xüsusi olaraq anıldığı vurğulanmış, yaşadıqlarının onların həyatını həmişəlik dəyişdiyi, ailələrinin dağıldığı bildirilib. Bununla belə, dəhşətli diskriminasiya aktları, məhrumiyyət və qəddarlıqlara baxmayaraq, onlar öz zülmkarlarına qarşı mübarizə aparmaq üçün imkan tapdılar. Onların cəsarəti bizi hələ də ruhlandırmaqda davam edir. Holokost qurbanlarını anma günündə, gəlin, bu qadınları və onların qoyduğu irsi ehtiramla yad edək.
Dünyamızın hər yerində qadın və qızlar hələ də zorakılıq, təhqir və diskriminasiya ilə üzləşdiklərinin vurğulandığı müraciətdə BMT-nin onların əsas insan hüquqlarının qorunması və təbliğ edilməsi işinə tam sadiq olduğu bildirilib. Qadınlara daha geniş səlahiyyət verməklə biz cəmiyyətin bütün üzvlərini gücləndiririk.
Müraciətin sonunda göstərilib ki, ailələr bir daha heç vaxt Holokost zamanı baş vermiş bəlanı yaşamamalıdırlar. Yalnız bir yerdə çalışmaqla biz genosidin qarşısını ala və cəzasızlığa son qoya bilərik. Yeni nəsilləri tariximizin bu dəhşətli epizodu barədə maarifləndirməklə hər kəs üçün insan ləyaqətini müdafiə edə bilərik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB