İlham Əliyev bp şirkətinin direktorlar şurasının sədri və qeyri-icraçı direktoru ilə görüşüb

İlham Əliyev bp şirkətinin direktorlar şurasının sədri və qeyri-icraçı direktoru ilə görüşüb

Yanvarın 27-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bp şirkətinin direktorlar şurasının sədri və qeyri-icraçı direktoru Karl-Henrik Svanberq ilə görüşüb.

SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə bp şirkəti arasında 1994-cü ildən fəal əməkdaşlığın həyata keçirildiyi vurğulandı. bp şirkətinin Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarının işlənilməsində iştirakının, "Şəfəq-Asiman" yataqları ilə bağlı imzalanmış sazişlərin əhəmiyyəti qeyd olundu.

Söhbət zamanı Azərbaycan ilə bp arasındakı əməkdaşlığın strateji xarakter daşıdığı bildirildi və bu əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə