Azərbaycan Prezident TOTAL şirkətinin sədri ilə görüşüb

Azərbaycan Prezident TOTAL şirkətinin sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Davosda TOTAL şirkətinin sədri və baş icraçı direktoru Kristof De Marjeri ilə görüşüb.

SİA-nın xəbərinə görə, görüşdə TOTAL-ın Azərbaycandakı fəaliyyəti, bu şirkətin "Şahdəniz" və "Abşeron" qaz yataqlarının işlənilməsi, həmçinin Azərbaycan ilə TOTAL şirkəti arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə