Prezident İlham Əliyev isveçrəli həmkarı ilə görüşüb

Prezident İlham Əliyev isveçrəli həmkarı ilə görüşüb

Yanvarın 27-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi Reyin görüşü olub.

SİA-nın xəbərinə görə, İsveçrə Prezidenti xanım Mişelin Kalmi Rey Azərbaycan ilə enerji sahəsində əməkdaşlığın ölkəsi üçün önəmini qeyd etdi. O, İsveçrənin Azərbaycanın müvafiq qurumları ilə uğurlu əməkdaşlıq etdiyini vurğulayaraq, Azərbaycanın ölkəsi üçün vacib tərəfdaş olduğunu bildirdi. Xanım Mişelin Kalmi Rey "Cənub dəhlizi"nin inkişafında Azərbaycanın rolunu xüsusi vurğulayaraq, İsveçrənin Trans-Adriatik boru kəmərinə maraq göstərdiyini və bu layihəni dəstəklədiklərini diqqətə çatdırdı.

Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycanın "Cənub dəhlizi"nə daxil olan layihələrə, o cümlədən Trans-Adriatik boru kəməri layihəsinə də dəstək verdiyini dedi. Azərbaycan Prezidenti İlham Əliyev enerji sahəsində Avropa İttifaqı ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini dedi və İsveçrənin "Cənub dəhlizi" layihələrinə maraq göstərməsindən razılığını bildirdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə