"Paşinyan sülh sənədinə imza atmağa məhkumdur" ÖZƏL-RƏY

"Paşinyan sülh sənədinə imza atmağa məhkumdur" ÖZƏL-RƏY

“Azərbaycan Prezidentinin “Qarabağ probleminin həlli yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır” bəyanatı danışıqların ilk günlərindən və atəşkəs rejimindən bu günə qədər dəyişməyən mövqedir. Bu illər ərzində Ermənistan tərəfindən danışıqların qəsdən uzadılması, yarımçıq kəliməsi və başqa hiylə yollarından yararlanaraq həllinin qarşısını almaq cəhdləri məhz ərazi bütövlüyü məsələsini danışıqlar predmetindən çıxarmaq üçün olub. Artıq bu illər ərzində Azərbaycanın birmənalı və dəyişməz siyasi kursu problemin həlli ilə məşğul olan bütün qurumları ərazi bütövlüyü prinsipini qəbul etməyə məcbur edib”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Politoloqun sözlərinə görə, artıq ATƏT ABŞ və Almaniya kimi güclü region dövləti Qarabağ probleminin həllində ərazi bütövlüyü prinsipini qəbul edir və hətta qeyd şərtsiz olaraq işğal olunmuş ərazilərdən 7 rayonun qaytarılması məsələsi qoyulur: “Bu təzyiqlərin qarşısında Ermənistan rrəhbərliyi seytnot vəziyyətinə düşdüyü görünür. Artıq problemin həlli üçün real hərəkətə keçmək tələb olunur. Ona görə də Paşinyan sülh sənədinə imza atmağa məhkumdur. Məsələ ondadır ki, bu sülh müqaviləsi erməniləri də qane etsə belə Paşinyan bu addımı atmaqda müstəqil deyil. Azərbaycan və Ermənistan rəhbərlərinin Vyana görüşündən dərhal sonra Paşinyanın Putinlə əlaqə yaratması bizim üçün gözlənilməz deyil. Hətta deyərdim ki, Paşinyan Putinlə əlaqə yaratmasaydı, o zaman bu gediş sensasiya olardı və bu barədə ciddi düşünməyinə dəyərdi. İndiyə qədər baş tutmuş bütün danışıqlar öncəsi və sonrası Ermənistan rəhbərləri bir qayda olaraq Rusiyaya hesab veriblər və heç də bunu ictimaiyyətdən gizli saxlamırlar. İlk növbədə bu ənənə Ermənistanın müstəqil dövlət olmadığı və heç bir taleyüüklü məslələrdə qərar vermək səlahiyyətində olmadığına sübutdur”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə