AŞPA-da "Xocalı" soyqırımı haqqında sənəd yayılıb

AŞPA-da "Xocalı" soyqırımı haqqında sənəd yayılıb
Avropa Şurası Parlament Assambleyasında "Xocalı" soyqırımı haqqında sənəd yayılıb. SİA-nın xəbərinə görə, Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın hazırladığı sənəddə deyilir: "Xocalı" soyqırımı Azərbaycan tarixinin ən dəhşətli, faciəli səhifələrindən biridir. 19 il bundan əvvəl - 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın yardımı ilə Azərbaycanın Xocalı şəhərini işğal etdi və yüzlərlə günahsız insanı etnik mənsubiyyətinə gərə vəhşicəsinə qətlə yetirərək soyqırım törətdi. Bu soyqırım zamanı 613 insan - 106 qadın, 63 uşaq və 70 yaşlı insan vəhşicəsinə qətlə yetirildi, təxminən 1000-ə yaxın mülki vətəndaş əlil oldu, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər ikisini itirdi. 1275 mülki vətəndaş əsir alındı. 150 insan haqqında hələ də məlumat yoxdur. Bu hadisələr nəticəsində Xocalı şəhəri tamamilə dağıdılaraq məhv edildi. Sadalanan faktlar bəşəriyyətə qarşı törədilmiş bu cinayətə düzgün və ədalətli siyasi-hüquqi qiymət verilməsini tələb edir".

Bütün xəbərlər Facebook səhifəmizdə