Dünyanın müsəlman əhalisi gələcək 20 ildə 35 faiz artacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "Dünyanın müsəlman əhalisinin gələcəyi: 2030-cu ilin proqnozları" hesabatında Avropada hal-hazırda 44 milyon 138 min müsəlmanın yaşadığı qeyd edilib. Bu rəqəm 2030-cu ildə 58 milyon 209 minə çatacaq və qitə əhalininin 8 faizini təşkil edəcək.
Müsəlman əhalisinin sayına görə, birinci sıranı İndoneziya, daha sonrakı yerləri isə Pakistan və Hindistan tutur. "Pew" Araşdırma Mərkəzinin hazırladığı hesabatda keçən il 1,6 milyard olan müsəlman əhalisinin 2030-cu ildə 2,2 milyarda çatacağı qeyd edilib. Dünya əhalininin 2030-cu ildə 8,3 milyard olacağının proqnozlaşdırıldığını nəzərə alsaq, müsəlmanlar həmin il dünya əhalininin 26,4 faiznin təşkil edəcək. Müsəlman əhalisinin ən çox artımı Qərb və Şimali Avropada qeydə alınacaq. Belə ki, müsəlmanlar bu gün İngiltərə əhalininin 4,2 faizinin təşkil etdiyi halda, 2030-cu ildə bu rəqəm 8,2 olacaq. Avstriya, İsveç, Belçika, Fransa kimi ölkələr də müsəlman əhalinin əhəmiyyətli dərəcədə artacağı ölkələr arasındadır. 2030-cu ildə Kosova, Albaniya, Makedoniya, Macarıstan, Bolqarıstan, Rusiya, Gürcüstan, Fransa və Belçikada müsəlmanların sayı ümumi əhalinin 10 faizini keçəcək.
Müsəlman əhalinin ən çox artım nisbəti isə Amerika qitəsindədir. Qitənin müsəlman əhalisi 20 il ərzində 2 dəfə artacaq. 2010-cu ildə 5 milyon 256 min olan müsəlmanların sayı 2030-cu ildə 10 milyon 927 minə çıxacaq. Ancaq qitənin ümumi əhalisinin sayına görə, bu göstərici 0,5 faizdən də aşağı olacaq. 11 sentyabr hücumlarından sonra "İslamofobiya"nın olduğu və müsəlmanlar üçün bəzi təhlükələrin qaldığı ABŞ-da isə müsəlman əhali təxminən 2,5 dəfə artacaq. ABŞ-da keçən il 2,6 milyon müsəlman olduğu halda bu rəqəm 2030-cu ildə 6,2 milyon olacaq. Bu isə o deməkdir ki, 20 ildən sonra müsəlmanların sayı yəhudilərin sayı ilə eyniləşəcək. Kanadada isə 20 il ərzində müsəlmanların sayı 2,7 milyona çatacaq. Amerika qitəsində ən çox müsəlmanın olduğu üçüncü ölkə isə Argentina olacaq.
Hesabata görə, müsəlman əhalisinin illik artım nisbəti müsəlman olmayanlarla müqayisədə iki dəfə çoxdur. Bir sözlə, artım sürəti müsəlmanlarda 1,5, müsəlman olmayanlarda isə 0,7 faizdir. Müsəlman əhalisinin artım sürətinin çox olması doğum sayının yüksək olması, erkən yaşlarda doğumlar, tibbi xidmətlərin yaxşılaşması, orta yaş müddətinin artması ilə izah edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB