Zelinski səslərin 73,18 faizini toplayıb

Zelinski səslərin 73,18 faizini toplayıb

Ukraynanın prezidentliyə namizədi olan Vladimir Zelinski 90,25 faiz protokolların hesablanmasından sonra 73,18 faiz səs toplayıb. Seçicilərin 24,49 faizi dövlət başçısı Petro Poroşenkoya dəstək verib. SİA bu barədə Ukraynanın Mərkəzi Seçki Komissiyasının hesabatına əsasən xəbər verir.

Bu nəticə Ukraynanın tarixində ilkdir. Çünki, indiyədək heç bir namizəd Ukrayna vətəndaşlarının bu cür etimadını qazana bilməyib.

Qeyd edək ki, ötən gün Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə