Gəncə Mərkəzi Kitabxanasına 1300-dən artıq yeni ədəbiyyat verilib
Ötən il Gəncə şəhər Mərkəzi Kitabxanasına 1350-dən artıq yeni kitab verilib. Bu barədə SİA-nın bölgə müxbirinə kitabxananın direktor müavini Fəridə Qədimova məlumat verib. Onun sözlərinə görə, verilən kitabların əksəriyyəti ali məktəblər üçün dərslik kitablarıdır. Bundan əlavə son illər Gəncədə kitaba marağın artdığını da diqqətə çatdıran F.Qədimova oxucu problemi ilə üzləşmədiklərini bildirib.
"Ölkə prezidenti İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq kiril əlfibası ilə yazılan kitablar latın qrafikası ilə yenidən çap olunaraq kitabxanalara paylanılır. Bunun böyük təsiri var. Yetişməkdə olan yeni nəsil həmin ədəbiyyatları bu gün rahatldıqla oxuya bilir", -deyə F.Qədimova əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB