Daxili İşlər Nazirliyi Neftçala rayon Polis Şöbəsində baş verən intiharla bağlı məlumat açıqlayıb
Daxili İşlər Nazirliyi Neftçala rayon Polis Şöbəsində baş verən intiharla bağlı məlumat açıqlayıb. DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov SİA-ya açıqlamasında deyib ki, yanvarın 18-də Neftçala rayon sakini 1980-ci il təvəllüdlü Aydın Abbasov sərxoş halda ictimai qaydanı kobud surətdə pozub, onu intizama dəvət edən Neftçala rayon Polis Şöbəsinin əməkdaşlarına qarşı müqavimət göstərib, habelə onlara kömək edən rayon sakini Mehman Dadaşovu yumruqla vuraraq gödəkcəsini cırıb.
Qeyd edilənlərlə əlaqədar onun barəsində Neftçala rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. A. Abbasov saxlanılaraq Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Təcridxanasına (MST) yerləşdirilib. Yanvar ayının 26-da saat 16.56-da A. Abbasov MST-də mələfə ilə özünü dəmir barmaqlıqdan asıb.
Mərhumun intihardan əvvəl yazdığı məktub aşkar edilib. Orada yazılıb: "Ata, ana özümlə bacara bilmirəm. Bu həyatda yaşamaq istəmirəm. Ölümümdə heç kimin günahı yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB