Metroda yaranan yanğın qatarların hərəkətinə mane olub

Metroda yaranan yanğın qatarların hərəkətinə mane olub
Moskva metropolitenində zibilin yanması qatarların hərəkətinə mane olub. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, yanğın "Dinamo" stansiyasının Zamaskvoreçkoy xəttində relsin üzərinə yığılan zibilin alovlanması nəticəsində baş verib. Alov yanğın söndürənlər gələnə qədər söndürülsə də, yaranan tüstü Dinamo və Belorskaya stansiyaları arasında qatarların gedişində interval yaradıb ki, bu da stansiyalarda sərnişin toplusuna səbəb olub. Metro əməkdaşları səs ucaldan vasitəsilə sərnişinlərdən digər nəqliyyat növlərindən istifadə etməyi xahiş edib.

Qeyd edək ki, hazırda qatarlar normal qrafikdə fəaliyyətə başlayıb. Metronun fəaliyyətində heç bir problem yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə