Qızıl bahalaşıb
Qızılın qiyməti artıb. SİA-nın məlumatına görə, Nyu-Yorkun əmtəə birjasında qızılın ixracına dair fevral fyuçersinin dəyəri 6.10 dollar və ya 5 faiz artaraq troya unsiyasına görə 1338.40 dollar təşkil edib.

Nyu-Yorkun əmtəə birjasında digər qiymətli metalların da qiymətlərində artım müşahidə olunub. Belə ki, gümüşün ixracına dair mart fyuçersinin qiyməti 1.2 faiz, platinin ixracına dair aprel fyuçersinin dəyəri 5 faiz, palladiumun ixracına dair mart fyuçersinin dəyəri isə 2.5 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə