Milli Məclisin Elm və təhsil komitəsində ölkəmizdə səfərdə olan Misir Elm və Təhsil Araşdırmaları Ümumhəmkarlar İttifaqının prezidenti Elsaid Abou Elmagd Hamzanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Bu barədə SİA-ya Parlamentin mətbuat xidmətindən məlumat verilib. Komitə sədrinin müavini Bəxtiyar Əliyev qonaqları salamlayaraq Milli Məclisin fəaliyyəti, qanunvericilik bazasının inkişafı, təmsil etdiyi komitənin işi, insan hüquq və azadlıqlarının qorunması, mövcud mətbuat və din azadlığı barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan 20 ilə yaxındır ki, öz dövlət müstəqilliyini bərpa edib və sürətlə inkişaf edir. Bəxtiyar Əliyev qeyd edib ki, Azərbaycan hökuməti və parlamenti Misirlə əlaqələrin inkişafına xüsusi önəm verir. O, orta məktəblərdə ərəb dilinin tədrisini, Abşeron rayonunda xüsusi ərəb dili təmayüllü məktəbin fəaliyyətini xalqlarımız arasındakı dostluğun bariz nümunəsi kimi dəyərləndirib.
Sonra komitə sədrinin müavini qonaqlara xalqımızın ağrılı yeri olan Dağlıq Qarabağ problemindən söz açıb. Qeyd edilib ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır, 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır. Dövlət tərəfindən bu insanlara hər cür yardım edilsə də, bütövlükdə münaqişə regionun inkişafına ciddi maneə törədir. Eyni zamanda bu, sülhə və təhlükəsizliyə ciddi təhdiddir.
Səmimi görüşə və ətraflı məlumata görə minnətdarlıq edən Elsaid Abou Elmagd Hamza bildirib ki, ölkənizin sürətli inkişafı göz qabağındadır. İqtisadi inkişaf tempinə, regiondakı roluna görə başqalarından əsaslı surətdə fərqlənən Azərbaycan Misir üçün önəmli ölkədir. Qonaq ölkəmizdə təhsilə və elmə olan münasibətdən razı qaldıqlarını xüsusi vurğulayıb. Öz ölkəsinin Azərbaycanla möhkəm dostluq münasibətlərini daha da genişləndirmək niyyətini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB