Yaz sessiyasında Aqrar siyasət komitəsinin qanunvericilik işləri planına 3 sənəd daxil edilib
Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. Parlamentin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, komitə sədri Eldar İbrahimov 2010-cu il payız sessiyası dövründə komitənin fəaliyyəti ilə bağlı məlumat verib. Bildirilib ki, bu müddətdə komitənin 4 iclası keçirilib, 7 məsələ, o cümlədən 5 qanun layihəsi – "Kənd təsərrüfatı kooperasiyası haqqında", "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında", "Təhsil haqqında" qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə və digər sənədlər müzakirə edilib."
Sonra Eldar İbrahimov 2011-ci ilin yaz sessiyası ərzində komitədə görüləcək işlər barədə danışıb. Bildirib ki, komitənin qanunvericilik işləri planına 3 sənəd daxil edilib. Birinci, "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsidir. Layihə ilə bağlı 2010-cu ilin dekabr ayında müzakirələr aparılıb, təkliflər daxil olub, bu sahədə beynəlxalq təcrübəni öyrənmək məqsədi ilə Almaniyaya mütəxəssislərin göndərilməsi planlaşdırılır. Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Komitənin işlər planına daxil olan digər mühüm sənəd "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihəsidir. Sənəddə ölkəmizin iqlim şəraitini, torpaq xüsusiyyətlərini nəzərə alaraq bitkilərin genetik bankının yaradılması, daxili bazarın qorunması istiqamətində atılan addımlar və digər vacib məsələlər əks olunub.
Qeyd edilib ki, yaz sessiyası ərzində komitədə parlamentə qanunvericilik təşəbbüsü qaydasında daxil olan sənədlərin müzakirəsi də nəzərdə tutulub. Tədbirdə komitə üzvləri səsləndirilən məsələlərlə əlaqədar öz fikirlərini söyləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB