İranda tanınmış azərbaycanlı satiraçı Yalqız vəfat edib

İranda tanınmış azərbaycanlı satiraçı Yalqız vəfat edib

Təbriz satira məktəbinin tanınmış ustadlarından olan Yalqız təxəllüsü ilə tanınan Məcid Səbbaği İrani yanvarın 25-də vəfat edib. Onun yaxın günlərdə dördüncü kitabı çapdan çıxacaqdı.

SİA-nın xəbərinə görə, ustad Yalqız Təbrizdə torpağa tapşırılıb. Dəfn mərasimində minlərlə insan, o cümlədən hökumət rəsmiləri iştirak edib.

73 yaşında dünyasını dəyişən Yalqızın "Ciğan-Viğan", "Çığır-Bağır" və "Calha-Cal" adlı kitabları çap olunub. Dördüncü "Sayır-Bayır" adlandırdığı kitabı isə yaxın günlərdə işıq üzü görəcək.

Şairin həmkarı Mirzə Səhrək bildirib ki, Yalqızın satiraları daim ifşaedici və tənqidi gülüşü özündə ehtiva edib: "O 73 il omür sürdü, həyatının 27 ilini şeir və satiraya həsr etdi. Yalqız özü yazır ki, ömürünü kasıblıq içərisində keçirib. Bir zaman orduda oldum amma üç dəfə paltarımı soyundum. Sonra, Tehranda çapxanada işlədim, qazancımı gətirib Təbrizdə yedim. Bazarda fərş satdım. Bir az varlanıb ev də aldım. Dedim bu evdə xeyir-şərimi, uşaqlarımın toyunu edərəm. Amma ilk günlərdə oğlumun yası o evdə oldu. Zəhləm getdi. Satıb qaçdım".

Bütün xəbərlər Facebook səhifəmizdə