ABŞ Maliyyə Böhranının Təhqiqat Komissiyasının (Financial Crisis Inquiry Commission) qənaətinə görə, 2008-ci il maliyyə böhranından yaxa qurtarmaq olardı.
SİA-nın məlumatına görə, komissiyanın fikrincə, həmin böhrana görə iki prezident administrasiyasının nümayəndələri, Federal Ehtiyatlar Sistemi (FES) və digər tənzimləyicilər məsuliyyət daşıyır. Dəhşətli vəziyyət yaranmasına məhz onlar yol veriblər.
Bu barədə son hesabatın cümə axşamı açıqlanacağı gözlənilir. Müvafiq müsahibələrin, sənədlərin və şahid ifadələrinin daxil olacağı 576 səhifəlik hesabat hökumət tərəfindən baxılaraq kitab şəklində çap ediləcək.
Komissiya 19 gün vaxt sərf edərək, təhqiqata cəlb edilmiş 700 şahidin hər birini dinləyib.
Federal Ehtiyatlar Sisteminin sabiq rəhbəri, vəziyyətin tənzimlənməməsinin tərəfdarı olmuş Alan Qrinspen "zəhərli" ipoteka kreditlərinin həcminin artırılmasına mane ola bilməməkdə ittiham edilir.
Amerika Mərkəzi Bankının indiki rəhbəri Ben Bernanke yaxınlaşan fəlakəti qabaqcadan görə bilmədiyi üçün tənqid hədəfi olub.
ABŞ-ın keçmiş prezidenti Corc Buşun administrasiyası böhrana ardıcıl münasibət bildirməməkdə ittiham edilir. Bu fakt onda ifadə olunmuşdur ki, 2008-ci ilin sentyabr ayında "Lehman Brothers" bankının müflisləşməsinə imkan verilmişdir, halbuki elə həmin il bir qədər əvvəl hökumət "Bear Sterns" bankını müflisləşməkdən xilas edib.
Bernanke kimi, ABŞ-ın sabiq maliyyə naziri Henri Polson da bunda ittiham edilir ki, o, ipoteka böhranının genişlənməsinin qarşısını almağın mümkün olduğunu düşünürmüş. Demokratlar da tənqiddən yaxa qurtara bilməyiblər. Göstərilir ki, böhranın əsas səbəblərindən biri Bill Klinton administrasiyasının birjadankənar derivativlərin (törəmə maliyyə aləti) tənzimlənməsindən imtina etməsi olub.
Maliyyə böhranının şiddətli vaxtında Nyu-York Federal Ehtiyatlar Bankının başçısı olmuş indiki maliyyə naziri Timoti Haytnerin təqsiri isə bunda ifadə olunub ki, onun başçılıq etdiyi Federal Ehtiyatlar Bankı "Lehman Brothers" bankının və "Citigroup"un problemlərinə kifayət qədər diqqət yetirməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB