BMT-nin Cenevredә yerlәşәn mәrkәzindә Kıbrıs mәsәlәsi müzakirә olunacaq.
SİA-nın məlumatına görə, toplantıya BMT baş katibi Pan Qi Mon, Şimali Kıbrıs Türk Cümhuriyyәti prezidenti Dәrviş Әroğlu vә Cәnubi Kıbrıs Rum icmasının lideri Dimitris Xristofyas qatılacaq. Üçtәrәfli zirvәdә, Kıbrıs mәsәlәsilә bağlı keçirilәn müzakirәlәrdә gündәmә salınan başlıqlar dәyәrlәndirilәcәk.
Toplantıda hәmçinin, yeni bir üçtәrәfli zirvә görüşünün keçirilәcәyi mart ayınadәk tәrәflәrә "әmәliyyat planı" tәqdim edilәcәyi gözlәnilir.
BMT baş katibi Pan Qi Munun, Türk vә Rum tәrәflәrinin irəli sürәcәyi hesabatlara dair bir iş tәqvimi tәqdim edәcәyi dә gözlәnilir.
Xatırladaq ki, tәrәflәr, Nyu Yorqda keçirilәn görüşlәrdәn sonra hәm liderlәr, hәm dә nümayәndәlәr sәviyyәsindә keçirilәn müzakirәlәrdә, razılaşdırılan vә yaxud problem olan mövzuları müәyyәn edәrәk, bunların hәlli üçün yollar axtarıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB