Türkiyə Əfqanıstanda açılacaq Xalq Məclisinin ölkədә sülh və sabitliyin bərqərar olmasında önəmli bir addım olduğunu bildirib.
SİA-nın "TRT Haber"ə istinadən verdiyi məlumata görə, Türkiyənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, Xalq Məclisinin Əfqanıstan prezidenti Həmid Kərzai tərəfindən açılaraq fəaliyyətə başlaması ümumi anlaşmanın əldə edilməsi də daxil olmaqla bir çox məsələlər üzrə nəticə əldə olunması baxımından ciddi əhəmiyyət daşıyır.
Açıqlamada o da vurğulanır ki, Türkiyə Əfqanıstanda daimi sülh, sabitlik və müstəqilliyin milli birlik və dözümlülük nəticəsində mümkün olacağına inanır, dost əfqan xalqına əlindən gələn yardımı bundan sonra da edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB