Qabil Hüseynli: “Jurnalistlərin qarşılıqlı səfərləri xeyirli ola bilər” RƏY-ÖZƏL
“Mən Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı olaraq Bakı-Yerəvan-Xankəndinə səfərlər etmələrinin ziyanlı bir şey hesab etmirəm”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, ən azından jurnalistlər ölkələri, xüsusi ilə Dağlıq Qarabağı gəzməklə və ordan hazırladıqları reportajlarla hər halda xalqlararası qarşılıqlı anlaşmanı xeyli dərinləşdirə bilərlər: “Bu saat Ermənistanda millətçilik, şovinizm baş alıb gedir. Erməni milləti ağır xəstəliyə tutulmuş bir vəziyyətdədir. Bu səbəbdən də erməni jurnalistlərinin ölkəmizə gəlib, Azərbaycandakı tolerant mühiti görməsi, bizim jurnalistlərimizin oraya getməsi, açıq faktlara söykənən söhbətlər aparmaları və bundan reportajlar hazırlanmaları ümumi ictimai rəyin sağlamlaşdırılmasının xeyrinə ola bilər. Ona görə də, mən bu məsələnin həyata keçirilməsinin tam tərəfdarıyam”.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB