Eldəniz Səlimov: “Jurnalistlərin qarşılıqlı səfərləri ümidli nəticə vəd etmir” RƏY-ÖZƏL

Eldəniz Səlimov: “Jurnalistlərin qarşılıqlı səfərləri ümidli nəticə vəd etmir” RƏY-ÖZƏL

“Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi 25 ildən artıq bir dövrü əhatə edir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib. Onun sözlərinə görə, dəfələrlə ölkə Prezidentləri, xarici işlər nazirləri və digər səviyyələrdə baş tutan görüşlərdə müsbət nəticə əldə olunmamışdır: “Bütün hallarda Ermənistan irəli sürülən təklifləri lazımı səviyyədə dəyərləndirməmiş və torpaqlarımızın azad olunması ilə bağlı danışıqları pozmuşdur. Bu yaxınlarda da ölkə rəhbərliyinin görüşü zamanı müəyyən irəliləyiş olsa da heç kim Paşinyanın nə danışıqlarına nə də hərəkətlərinə inanmaq istəmir. Çünki o hələ bilmir kimə qulaq assın. Xarici işlər Nazirlərinin görüşündən sonra jurnalistlərin birgə Bakı-İrəvan-Xankəndi səfərləri haqqında qərar qəbul etməsi növbəti tədbirlərdən biri kimi hesab edirik. Nəhəng siyasətçilərin çalışmaları bir nəticə verməyib. Bu baxımdan da, jurnalistlərin qarşılıqlı səfərləri ümidli nəticə vəd etmir. Münaqişənin həlli, torpaqlarımızın işğaldan azad olunmasını yalnız möhtərəm Prezidentimizin səyi nəticəsində baş verəcəyinə inanırıq”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə