Vyanada Avropa Qaz Konfransı öz işinə başlayıb

Vyanada Avropa Qaz Konfransı öz işinə başlayıb

Azərbaycan Dövlət Neft Şirkətinin Avstriyadakı nümayəndəliyindən bildiriblər ki, yanvarın 26-da Vyanada Avropa Qaz Konfransı öz işinə başlayıb.

SİA-nın məlumatına görə, Yanvarın 29-dək davam edəcək konfransda enerji mənbələrinin şaxələndirilməsi, Avropanın enerji təhlükəsizliyi, beynəlxalq maliyyə böhranının bazarlara göstərdiyi təsir və digər məsələlər müzakirə olunacaq.

Konfransın məqsədi əsas enerji şirkətləri ilə hökumət dairələri arasında Ümumavropa qaz siyasətinin istiqamətlərini müəyyənləşdirmək və mühüm qaz kəməri layihələri ilə fikir mübadiləsi aparmaqdan ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə