Çinin paytaxtı Pekində 14-cü Çin Beynəlxalq Dostluq və Mədəniyyət Festivalı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə dünyanın 100-dən çox ölkəsinin Çində akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatlarının rəhbərləri iştirak ediblər.
Azərbaycanın bu ölkədəki səfiri Yaşar Əliyev beynəlxalq dostluq və mübadiləyə mühüm töhfəsinə görə festivalın Təşkilat Komitəsi tərəfindən "Beynəlxalq Dostluq Səfiri" fəxri adı ilə təltif edilib.
Qeyd edək ki, bu mükafat dünyanın ahəngdar inkişafını təşviq etmək məqsədi ilə hər il təqdim olunur. Bu yüksək mükafata cari ildə Çində akkreditə olunmuş 67 səfir və beynəlxalq təşkilatın rəhbəri layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB