Ümumdünya Ticarət Təşkilatı Gəncədə seminar keçirib

Ümumdünya Ticarət Təşkilatı Gəncədə seminar keçirib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) "Kənd təsərrüfatında marketinqin təşkili və beynəlxalq inteqrasiya" mövzusunda seminar keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbir Ümumdünya Ticarət Təşkilatı və Kentukki Aqrar Universitetinin təşkilatçılığı ilə reallaşıb.

Seminarda Aqrar Universitetlə yanaşı, adı çəkilən əcnəbi ali təhsil ocağının nümayəndələri, fermerlər iştirak edib. Seminarın təşkilində əsas məqsəd ölkənin ərzaq təhlükəsizliyində əhəmiyyətli rol oynayan kənd təsərrüfatında marketinqin təşkilidir. Eyni zamanda universitetin kadr təminatınını yüksəldilməsi, beynəlxalq müasir standartlara uyğun kadrların hazırlanmasıda bu kimi seminarların önəmi böyükdür.

Bütün xəbərlər Facebook səhifəmizdə