"Əhalinin həssas qruplarının mənafelərinə uyğun yenilik edilir" RƏY-ÖZƏL
“Azərbaycan Prezidentinin sosial dəstək kursu ilə ən yeni sərəncamları təsdiqləyir ki, ölkəmizdə sosial siyasət fasiləsiz, dönməz və ardıcıl xarakter daşıyır, eyni zamanda dövlətimizin humanist siyasətinin və şəxsən Prezidentin iradəsinin davamı kimi səciyyələnir, bəzi dairələrin iddialarının əksinə olaraq heç bir kənar qüvvənin təsirlərinin nəticəsi deyil”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
O bildirib ki, Prezident İlham Əliyev dünyada yalnız Azərbaycanın sosial modelinə xas olan müavinət və pensiya növlərinin sayını artırdı ki, bu xeyli məqbul praktikadır: “Aprel ayındakı sərəncamlar da yeni növ pensiya və müavinətlərin təsis olunması ilə xarakterik oldu. Bu dəfə də yeni növ Prezident təqaüdləri təsis edildi. Müharibə veteranları, 18 yaşa çatmamış fiziki qüsurlu uşaqlar üçün yeni sosial təsisatlar bu qəbildəndir. Faktlar göstərdi ki, Azərbaycan Prezidenti sosial himayə siyasətini daim təkmilləşdirərək həyata keçirir və hər dəfə əhalinin müəyyən həssas qruplarının mənafelərinə uyğun yenilik edilir. Bu onu göstərir ki, Azərbaycanın sosial siyasəti hər bir ehtiyacı olan vətəndaşımızı əhatə etmək məqsədini hədəfləyib”.
A. Quliyev söyləyib ki, artıq bu hədəfə çatmış bir durumda olduğumuz üçün yeni hədəfin əlamətlərini görürük: “Bu yeni hədəf ölkədə sosial müdafiə və sosial himayənin səviyyəsini ən müasir bazar tələbatları səviyyəsinə uyğunlaşdırmaqdır. Prezidentin sosial himayə siyasəti iki mühüm faktorun təsiri altında genişlənmək və daha da güclənmək potensialına malikdir. Birinci, dövlətimizin iqtisadi imkanlarının dinamik artma xüsusiyyətinə malik olması, ikinci isə Prezidentin bu istiqamətdə atdığı addımlara xalqın dəstək jestlərinin fəallaşması və yeni formalar almasıdır. Bu iki faktoru Prezidentin sosial siyasətinin həm də uğur təminatları saymaq olar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB