2010-cu ildə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının müəssisələrində 3348 doğuş qeydə alınıb. Bu barədə SİA-nın cənub bürosuna məlumatı xəstəxananın baş həkiminin müavini Əbülfət Məmmədov verib. Onun sözlərinə görə, yeni doğulanların 15-i əkiz doğulanlardır.
Ə.Məmmədov, həmçinin 99 doğuşun ev şəraitində baş verdiyini diqqətə çatdırıb. Ev doğuşlarının əvvəlki illərə nisbətən azaldığını qeyd edən xəstəxana rəsmisi bu kimi halların hələ də mövcud olduğunu, bunların da əsasən rayonun ucqar dağ kəndlərində baş verdiyini bildirib.
Qeyd edək ki, 2010-cu ildə rayon üzrə 1 yaşınadək uşaqlar arasında ölüm halı baş verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB