Sergey Lavrov hesab edir ki, Qarabağla bağlı sazişlər həyata keçiriləcək. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus aysor.am saytında məlumat dərc olunub.
Sözügedən saytda qeyd olunur ki, Moskva, Bakı ilə Yerevan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son razılaşmaların kağız üzərində qalmayacağını düşünür.
"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aprelin 15-də Moskvada keçirilən görüşünün nəticəsi olaraq, işin başlandığı mühiti hiss edirəm və buna əsaslanaraq güman edirəm ki, Bakı və İrəvan bu dəfə razılaşmaların kağız üzərində qalmamasında maraqlıdırlar"-deyə S.Lavrov bildirib.
O qeyd edib ki, Moskva bu razılaşmaları həyata keçirməkdə kömək edəcək.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB