İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyəyə səfəri çərçivəsində həmkarı Mövlud Çavuşoğlu ilə görüşərək danışıqlar aparıb. Tərəflər yekunda mətbuat konfransı keçiriblər. SİA Anadolu agentliyinə istinadla xəbər verir ki, İran və Türkiyə XİN rəhbərləri Ankarada görüşərək qarşılqılı əlaqələri və region məsələlərini müzakirə ediblər.
Məlumata görə tərəflərin danışıqlarının əsas mözularından biri də Suriyanın şimalında radikal terror birləşmələrinə qarşı mübarizə yollarının müzakirəsi olub.
Mətbuat konfransı zamanı tərəflər müzakirə edilən məsələlərə toxunublar və jurnalistlərin suallarını cavablandırıblar.
Cavad Zərif Suriya səfəri və Bəşər Əsədlə görüşünün nəticələri haqda Türkiyə tərəfə məlumat veridyini bildirib. İran XİN rəhbəri vurğulayıb ki, onun ölkəsi bölgədə müxtəlif dövlətlər arasında eləcə də Türkiyə və Suriya arasında əlaqələrin normallaşmasına yardımını davam etdirəcək.
Mövlud Çavuşoğlu da öz növbəsində ABŞ-ın Sepah-a qarşı sanksiya qərarına toxunub və bildirib ki, Türkiyə bu addımları dəstəkləmir.
“Biz Amerikaya sanksiyaların düzgün olmadığını anlatmaqda davam edəcəyik” deyə M. Çavuşoğlu Türkiyənin məsələ ilə bağlı mövqeyini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB