"Rusiya Dağlıq Qarabağla bağlı son razılaşmaların həyata keçiriləcəyinə inanır"
“Moskva hesab edir ki, Bakı ilə İrəvan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müqavilələr kağız üzərində qalmayacaq”. SİA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın XİN başçısı Sergey Lavrov açıqlayıb.
"Aprelin 15-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra yaranan atmosfer mənə Bakı və İrəvanın müqavilələrin kağız üzərində qalmamasında maraqlı olduğunu düşünməyə əsas verir”,- deyən Lavrov söyləyib ki, Moskva onların tətbiqinə kömək edəcək.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB