“Bakı və İrəvan arasındakı razılaşmalar kağız üzərində qalmayacaq” Sergey Lavrov
“Moskva hesab edir ki, Bakı və İrəvan arasında Dağlıq Qarabağ münaqişəsinin əlli ilə bağlı son razılaşmaları yalnız kağız üzərində qalmayacaq”. SİA xəbər verir ki, Rusiya XİN-nin rəhbəri danışıqların nəticəsi barədə serbiyalı həmkarı İvits Daçiçlə görüşü zamanı bəyan edib.
“Aprelin 15-də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşlərinin nəticələrinə və həmin görüşdəki atmosferi hiss etdiyimə görə, məndə belə bir əsasa yaranıb ki, Bakı və İrəvan bu dəfə əldə edilmiş razılaşmaların kağız üzərində qalmaması marağındadırlar” deyə qeyd edən Lavrov bu məsələnin realizə olunmasına kömək edəcəklərini də deyib.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB