Jirinovski Notr-Dam kilsəsinin bərpasına qarşı çıxdı Fransızlar da Moskvanı yandırıb
Rusiyanın Liberal Demokratik Partiyasının (RLDP) lideri Vladimir Jirinovski rusiyalıların fransızlara Notr-Dam kilsəsinin bərpası üçün kömək göstərmək istəklərini sərt şəkildə tənqid edib. SİA xəbər verir ki, bu barədə UralPolit.ru saytı yazıb.
Jurnalistlərə müraciətində RLDP-nin lideri yanğın nəticəsində ciddi dağıntılara məruz qalmış kilsə ilə bağlı rusiyalıların təşəbbüsünə cavab olaraq deyib ki, Badoo internet-tanışlıq servisinin təsisçisiAndrey Andreyevin və Sberbankın rəhbəri German Qrefin bu kimi təşəbbüslərinə müsbət cavab verən rusiyalılar 1812-ci ildə Fransa əsgərlərinin Moskvanı yandırmalarını unutmamalıdırlar.
“Fransızlar üçün bu xoş deyil, ən məşhur məbəd yanıb. Bəs bizdə hansı səbəbdən fransızların dərdinə şərik məsələsi ortaya çıxdı? Nədir, yoxsa kömək etmək istəyənlər unudublar ki, məhz fransızlar Moskvanı yandırıblar, ölkənin yarısını qarət ediblər və minlərlə insanlarımızı öldürüblər?”
Bununla yanaşı, rusiyalı Jirinovski xaricilərə kömək etməyə can atmaqdansa, müharibələr və s. hadisələr zamanı dağılmış Rusiya kilsələrini xatırladıb və onları bərpa etməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB