Eldar Əzizov: “Ermənistanda və Rusiyada bəzi qüvvələr Gəncə haqqında qərəzli ədəbiyyatlar çap edirlər”
"Ermənistanda və Rusiyada bəzi qüvvələr Gəncə haqqında qərəzli ədəbiyyatlar çap edirlər. Guya qədim Qanza elə bugünkü Gəncədir. Bəzi tarixçilər isə bu yalanlardan istifadə edib saxta məlumatlar yayırlar ki, Gəncə adı Qanzaq adından götürülüb".
SİA-nın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov səsləndirib. Onun sözlərinə görə, tarixçilərlə aparılan məsləhətləşmələr, araşdırmalar göstərir ki, Gəncə ilə Qanzaq arasında heç bir bağlılıq yoxdur. Nəticə etibarı ilə ermənilərin özlərini Urartu dövlətinin varisləri hesab etmələri də əsassızdır. "Qanzaq b.e.ə 5-6 cı əsrlərdə Urmiya gölünün ətrafında yaradılıb. Elə 6-cı əsrdə də dağıdılıb. Gəncə ərəb dilindən tərcümədə xəzinə deməkdir. Ancaq Qanzaq başqa məna daşıyır. Artıq tarixcilər də dəfələrlə bildirib ki, bu şəhərlər arasında paralellik aparmaq yersizdir", E.Əzizov deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB