Tramp 2020-ci il seçkilərində potensial rəqiblərinin adlarını açıqlayıb
ABŞ prezidenti Donald Tramp hesab edir ki, 2020-ci ildə keçiriləcək seçkilərdə Djo Bayden və Berni Sanders ona rəqiblik edə bilər. SİA-nın xəbərinə görə, bu barədə Tramp öz Twitter hesabında qeyd edib.
"Hesab edirəm ki, ya çılğın Berni Sanders, ya da yuxulu Djo Bayden ölkəmizin tarixində iqtisadiyyata ən yaxşı töhfə verməyə hazır olan şəxslər olacaq. Mən kimliyindən asılı olmayaraq istənilən şəxslə mübarizə aparmağa hazıram. Allahım onların ruhunu rahatlaşdır", - deyə Tramp qeyd edib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB