Turbörn Yaqland: “Dağlıq Qarabağ münaqişəsində qanunun aliliyinə və insan haqlarına riayət edildiyi zaman sülh əldə etmək daha asan olacaq"
"Dağlıq Qarabağ münaqişəsində qanunun aliliyinə və insan haqqlarına riayət edildiyi zaman sülh əldə etmək daha asan olacaq. SİA-nın xəbərinə görə, bunu Avropa Şurasının baş katibi Turbörn Yaqland "Armİnfo"ya müsahibəsində bildirib. Onun sözlərinə görə, münaqişə üzrə danışıqlar ATƏT-in Minsk qrupunun tərəfindən həyata keçirilir və məlum olduğu kimi Avropa Şurası bu prosesdə iştirak etmir. "Bizə tərəflərdən və ya ATƏT Minsk qrupunun digər üzvlərindən müvafiq xahiş daxil olmayıb, lakin mən demək istərdim ki, sülh nizamlanması üzrə göstərilən səylərdə qanunun aliliyinin təmin olunmasına ciddi diqqət ayrılmalıdır. Bu, təkcə bu Dağlıq Qarabağ münaqişəsinə deyil, Avropadakı digər dondurulmuş münaqişələrə də aiddir. Ona görə də bunu Avropadakı bütün dondurulmuş münaqişələrin dinc yolla nizamlanması ölçüləri üzrə vacib element kimi xüsusi olaraq qeyd etmək lazımdır".
Turbörn Yaqland həmçinin AŞPA-da Dağlıq Qarabağ üzrə alt komitənin yaradılması məsələsinə də münasibət bildirib: "Bunula bağlı dəqiq mövqe bildirə bilmərəm. Lakin biz bu məsələdə siyasətimizi əlaqələndirməliyik. Çünki birtərəfli siyasət aparılan danışıqlara mənfi təsir göstərə bilər".
Xatırladaq ki, AŞPA Bürosunda 2005-ci ildə qəbul edilən qətnamə üzrə yaradılan Dağlıq Qarabağla bağlı alt komitə onun sədri lord Rassel Consonun 2008-ci ildə vəfat etməsindən sonra öz işini dayandırıb. Alt Komitənin öz işini bərpa etməsinə dair məsələ dəfələrlə qaldırılıb. Lakin onun bərpa edilməsini məqsədəuyğun hesab etməyən AŞPA-dakı Ermənistan nümayəndə heyəti buna etiraz edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB