Azər Həsrət: “İşğalçı dövlət inadkarlıq edir” RƏY-ÖZƏL

Azər Həsrət: “İşğalçı dövlət inadkarlıq edir” RƏY-ÖZƏL

“Müharibə, Azərbaycanın heç vaxt ehtiyat variant kimi imtina etmədiyi seçimdir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərin görə, lakin dövlətimiz bütün hallarda bu münaqişəni siyasi danışıqlar müstəvisində həll etməyə üstünlük verir: “Əlbəttə, Azərbaycan hətta müəyyən güzəştlərə də gedir ki, Ermənistan öz yanlış siyasətindən əl çəksin. Lakin görürük ki, işğalçı dövlət inadkarlıq edir. Üstəlik də təmas xəttində məhz Ermənistan əsgərləri daim təxribatlar törədir, Azərbaycan əsgərlərini silaha əl atmağa məcbur etməyə çalışır. Bu baxımdan düşünürəm ki, Ermənistanın bu mənasız inadkarlığı və davamlı təxribatları Azərbaycanı nəhayət ki, ona tutarlı cavab verməyə və öz torpaqlarını azad etməyə vadar edə bilər. İstənilən halda biz dövlət olaraq sülh danışıqlarına sadiqik”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə