Ötən ilin nəticələrinə görə, "АvtоVАZ" 545 min 450 avtomobil istehsal edib ki, bu da 2009-cu illin göstəricilərini 85.1 faiz üstələyir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə zavodun mətbuat mərkəzindən məlumat verilib. Zavod ötən il həmçinin 77 min 626 avtomobil hissələri istehsal edib. Ötən ilin nəticələrə görə, zavod Rusiya bazarında 517 min 147 avtomobil satıb. Cari ildə müəssisə 700 min avtomobil istehsal etməyi nəzərdə tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB