Şəmkir rayon Dəllər dəmir yolu stansiyasının inzibati binasında yanğın baş verib. SİA-nın bölgə müxbiri Şəmkir rayon Yanğından Mühafizə Şöbəsinə istinadən xəbər verir ki, hadisə nəticəsində ümumi sahəsi 450 kv.m olan Dəllər dəmir yolu stansiyasının inzibati binasının 100 kv.m dam örtüyü yanaraq külə dönüb.
Alovu söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin Gəncə Yanğından Mühafizə İdarəsinin əməkdaşları da əraziyə cəlb olunub. Nəticədə gözləmə zalı və vağzalın ikinci mərtəbəsi yanğından mühafizə olunub.
İlkin məlumata görə yanğına səbəb elektrik naqillərindəki qısaqapanma olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB