Mübariz Əhmədoğlu: “Nalbandyan açıq-aşkar bildirib ki, Dağlıq Qarabağ prosesində əsas söz sahibi onlar deyil, onların havadarlarıdır”
"Nalbandyanın vəzifədə olduğu müddətdə Ermənistan rüsvay olub. O, açıq-aşkar bildirib ki, Dağlıq Qarabağ prosesində əsas söz sahibi onlar deyil, onların havadarlarıdır". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru politoloq Mübariz Əhmədoğlu bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, dünyada baş verən proseslər Azərbaycanın xeyrinədir.
Mətbuat konfransında Sudanda baş verən referenduma toxunan poltoloqun sözlərinə görə, ermənilər Sudanda referendum keçirilməsinə çox sevinmişdilər. O bildirib ki, halbuki, Sudandakı referendum Azərbaycanın haqlı olduğunu bir daha göstərdi: "Azərbaycan da deyir ki, gəl torpaqlar qaytarılsın, qaçqın və məcburi köçkünləri öz yuvalarına qayıtsın, 5 və ya 10 ildən sonra referendum keçirilsin. Bu referendum Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsir edə bilər. Əgər bunu Serj Sarkisyan və digərləri istəsə. Əgər tez bir zamanda münaqişə dinc yolla həll olunmazsa, Serj Sarkisyanın sülh müqaviləsini imzalamaq istəsə belə mümkün olmayacaq. Çünki hakimiyyət onun əlindən çıxır. Asala indiki erməni hakimiyyəti iddiasındadır. Asalanın İran kimi böyük arxası var ki, o da Livana qalib gəlib. Əgər yaxın zamanda münaqişə dinc yolla həll olunmazsa, o zaman müharibə Ermənistanın öz daxilindən başlayacaq".
Hazırda Ermənistanın işğalçı müharibəyə hazırlaşdığını dilə gətirən politoloq vurğulayıb ki, onların ölkəmizə qarşı törətdiyi hadisələrdə dəyişikliklər var. Onun sözlərinə görə, Dağlıq Qarabağ qoşunlarının təmas xəttindəki insidentlər, kənar yerlərdə baş verən insidentlərlə bərabərləşib: "Hazırda Ermənistanda müharibəyə ciddi hazırlıq elementləri var. Bu hazırlıq Avropadan da gəlir. Ona görə də Avropa bizə qarşı vahid mövqelərini ortaya qoymalıdır. Avropa Komissiyasının sədrinin ölkəmizə səfəri hər şeyi ortaya qoydu. Jose Manuel Barrozunun ölkəmizə gəlməmişdən əvvəl Ermənistan onun burada nə deyəcəyindən xəbərdar idi. Məhz bu səbəbdən də əhəmiyyət vermədi. Lakin qayıdandan sonra onun dedikləri saytda yerləşdirilmədi".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB